EN

“Ölümdən başqa hər şeyə çarədir” deyirlər

Minilliklərdir həm mətbəxdə, həm də ənənəvi təbabətdə istifadə olunan çörək otu son illər elmi araşdırmaların da diqqət mərkəzindədir.

Metbuat.az bildiri ki, qədim dövrlərdən dəyərli hesab olunan çörək otu xüsusilə Şərq təbabətində geniş istifadə edilib. Tərkibində olan aktiv maddələr, o cümlədən timokinon üzərində müxtəlif elmi tədqiqatlar aparılıb. Mütəxəssislər bildirir ki, çörek otu antioksidant xüsusiyyətləri sayəsində orqanizmin müdafiə sisteminə dəstək verir. Bu baxımdan, xüsusilə mövsüm dəyişiklikləri zamanı istifadə edənlərin sayı çoxdur.Bununla yanaşı qeyd olunur ki, “ölümdən başqa bütün xəstəliklərə çarədir” kimi iddialar elmi cəhətdən sübut olunmayıb. Məhsul balanslı qidalanmanın bir hissəsi kimi qəbul edildikdə faydalı ola bilər, lakin təkbaşına müalicə vasitəsi hesab edilmir.Araşdırmalarda həmçinin onun maddələr mübadiləsinə və qan şəkərinin tənzimlənməsinə müəyyən təsir göstərə biləcəyi vurğulanır. Bununla belə, bu təsirlər fərdi xüsusiyyətlərdən asılıdır və mütləq nəticə kimi qəbul edilmir.

Qeyd edilir ki, çörek otu həm qida, həm də kosmetik məqsədlərlə istifadə olunur. Lakin mütəxəssislər onun həddindən artıq qəbulundan çəkinməyi və gündəlik istifadədə ölçüyə riayət etməyi tövsiyə edirlər.

Chosen
87
metbuat.az

1Sources