EN

Klubdan qovulan Elvin "Qarabağ" məğlub olan kimi bunu paylaşdı

Elvin Cəfərquliyev bu gün gərginliklə keçən “Sabah”- “Qarabağ” oyunu bitən kimi paylaşım edib.

Publika.az xəbər verir ki, o, sosial şəbəkə hesabında özününün idman zalından fotosunu izləyiciləri ilə bölüşüb.

Elvinin "Qarabağ"ın 1:2 hesabı ilə məğlub olduğu kubok matçından sonra atdığı bu addım birmənalı qarşılanmayıb.

Xatırladaq ki, Elvin bir neçə gün əvvəl Qurban Qurbanov tərəfindən əvəzedici heyətə göndərilmişdi. “Qarabağ”ın əsas heyətindən uzaqlaşdırılan idmançını satışa çıxardığı barədə də məlumatlar yayılıb. Digər tərəfdən, onun karyerasını böyük ölçüdə ölkə xaricində davam etdirəcəyi də iddia edilir.

Chosen
95
4
publika.az

7Sources