EN

İran qarşısında plan çökdü: Nazir istefa verdi

ABŞ Hərbi Dəniz Qüvvələri naziri Con Felan (John Cartwright Phelan) istefa verib. 

Musavat.com xəbər verir ki, bu barədə Pentaqonun rəsmi nümayəndəsi açıqlama yayıb. Bildirilib ki, nazirin səlahiyyətlərini müvəqqəti olaraq onun müavini Hung Cao icra edəcək.

Rəsmi açıqlamada istefanın səbəbləri barədə ətraflı məlumat verilməyib, lakin bəzi mənbələrdə qeyd olunur ki, bu qərar mart ayında İran ətrafında baş verən hərbi gərginlik fonunda uğursuz sayılan əməliyyatlarla əlaqələndirilir. 

Screenshot_2.png

Məlumata görə, strateji əhəmiyyətə malik Hörmüz boğazı üzərində nəzarətin bərpası istiqamətində atılan addımlar nəticəsiz qalıb. Eyni zamanda İran limanlarına qarşı nəzərdə tutulan blokada tədbirləri də tam işləməyib və gözlənilən təsir əldə olunmayıb.

Bundan başqa, “Ford” epizodu kimi tanınan hadisənin də istefa qərarında rol oynadığı iddia edilir. Hadisə ilə bağlı detallı məlumat verilməsə də, hərbi planlaşdırma və idarəetmə prosesində problemlərin olduğu qeyd olunur.

 

Musavat.com

Chosen
47
29
musavat.com

10Sources