EN

Aİ Rusiyaya qarşı 20-ci sanksiyalar paketini təsdiqləyəcək

Avropa İttifaqına üzv ölkələr cümə axşamı Rusiyaya qarşı sayca 20-ci olan növbəti sanksiyalar paketini yekun şəkildə təsdiqləməyi planlaşdırırlar.

APA xəbər verir ki, paketə yeni ixrac-idxal məhdudiyyətləri, həmçinin ayrı-ayrı fiziki şəxslər və təşkilatlara qarşı tədbirlər daxil ediləcək.

Qeyd edək ki, ötən gün Aİ ölkələrinin daimi nümayəndələri, uzun müddət bu sanksiyaları bloklayan Macarıstanın etirazlarını geri götürməsindən sonra, yeni sanksiyalar üzrə ilkin razılıq əldə etmişdilər.

Chosen
85
apa.az

1Sources