Londonun ICE birjasında 2026-cı ilin iyun ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti 7 aprel 2026-cı ildən bəri ilk dəfə bir barel üçün 106 dolları keçib.
Banco.az xəbər verir ki, Brent markalı neftin qiyməti 4,16% artaraq barel üçün 106,15 dollara çatıb.
2026-cı ilin iyun ayı üçün WTI xam neft fyuçerslərinin qiyməti 1,76% artaraq bir barel üçün 94,6 dollara çatıb.