EN

Ərdoğan Almaniya Prezidenti ilə Yaxın Şərq və Rusiya-Ukrayna münaqişələrini müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə almaniyalı həmkarı Frank-Valter Ştaynmayer arasında telefon danışığı olub.

 

Senzor.az bildirir ki, bu barədə Türkiyə Prezident Administrasiyası Kommunikasiya İdarəsinin "X" sosial şəbəkə hesabında məlumat yayılıb.

 

"Liderlər Türkiyə-Almaniya ikitərəfli münasibətləri ilə regional və qlobal prosesləri müzakirə ediblər", - məlumatda bildirilib.

 

Əlavə olunub ki, Ərdoğan Türkiyə ilə Almaniya münasibətlərinin son dövrdə həyata keçirilən yüksəksəviyyəli təmaslarla inkişaf etdiyini xatırladıb.

 

Türkiyə lideri vurğulayıb ki, Yaxın Şərqdəki müharibə  Avropanı da zəiflədir: "Bu gedişata sülhyönümlü yanaşma ilə müdaxilə edilmədiyi təqdirdə münaqişə prosesinin vuracağı zərər daha böyük olacaq".

 

O, Türkiyənin İran məsələsində olduğu kimi, Rusiya-Ukrayna müharibəsində də münaqişələrin müzakirələr yolu ilə sona çatdırılması və davamlı sülhə nail olunması üçün səy göstərdiyini söyləyib.

Chosen
56
3
senzor.az

4Sources