EN

DÇ 2026 da İranı İtaliya ilə əvəzləməyi təklif etdi

Qol.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

DÇ-2026-da İranı İtaliya ilə əvəzləməyi təklif etdi

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Paolo Zampolli 2026-cı il dünya çempionatında İranın İtaliya ilə əvəz olunmasını təklif edib.

QOL.az xəbər verir ki, bu haqda "The Guardian"  məlumat yayıb.

Zampolli məsələ ilə bağlı açıqlama verib və xəbəri təsdiqləyib: "Trampa və FIFA prezidenti Canni İnfantinoya Dünya Kubokunda İranı İtaliya ilə əvəz etməyi təklif etdiyimi təsdiqləyirəm. Mən İtaliyada doğulmuşam, əslən italyanam. Ona görə də İtaliyanı ABŞ-ın ev sahibliyi etdiyi turnirdə görməyi xəyal edirdim. Onlar dünya kubokunda yer almaq üçün bütün lazımi keyfiyyətlərə malikdirlər".

İran Dünya Kubokunun G qrupunda Belçika, Yeni Zelandiya və Misirə qarşı mübarizə aparacaq.

Xatırladaq ki, İtaliya millisi pley-offda Bosniya və Herseqovinaya məğlub olaraq mundiala vəsiqə qazana bilməyib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
82
14
qol.az

10Sources