EN

Doğrudanmı, saç rəngi qadınların xarakterini göstərir?

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

"Scandinavian Journal of Psychology"də (Skandinaviya Psixologiya Jurnalı) dərc olunan araşdırmaya görə, kişilər qısa müddətli münasibətlərdə sarışın, ciddi münasibətlərdə isə qarayanız qadınları üstün tutur. Kişilər sarışın qadınları daha sağlam və gənc hesab edərkən, qarayanız qadınlarla uzunmüddətli münasibət və ailə qururlar.Bəs saç rəngi həqiqətən ilk təəssüratı bu qədər dəyişdirə bilərmi?

Psixoloq Zeynəb Əyyubova Bizimyol.info xəbər portalına bildirib ki, bu, daha çox cəmiyyətdə formalaşmış stereotiplərlə bağlıdır: “Saç rəngi insanların ilk təəssüratına həqiqətən təsir edə bilir. Bəzi tədqiqatlara görə, sarışın qadınlar daha çox diqqət çəkən və qısa müddətli münasibətlərə açıq kimi qəbul edilir. Qarayanız qadınlar isə daha ciddi, etibarlı və uzunmüddətli münasibətlər üçün uyğun kimi qavranıla bilir. Amma bu, daha çox cəmiyyətdə formalaşmış stereotiplərlə bağlıdır. İnsanlara çox vaxt fərqinə varmadan saç rənginə görə müəyyən xüsusiyyətlər aid edilir. Bu qavrayışın formalaşmasında media və sosial mühit də mühüm rol oynayır”.

Zeynəb Əyyubova həmçinin vurğulayıb ki, saç rəngi, sadəcə, ilk diqqəti cəlb edən faktorlardan biridir: “Uzunmüddətli münasibətlərdə isə insanlar daha çox xarakterə, uyğunluğa, etibara və qarşılıqlı hörmətə önəm verirlər. Yəni saç rəngi ilk təəssürata təsir edə bilər, amma münasibətin davamlı olub-olmamasını müəyyən edən əsas faktor deyil. Hər insan fərqlidir və bu cür ümumiləşdirmələr hamıya aid edilə bilməz”.

Günel Həsənova, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
72
bizimyol.info

1Sources