Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
20 il təcrübəsi olan bir usta kimi, bütün günü bütün marka avtomobillərə xidmət göstərən bir usta kimi bu maşını almağı məsləhət görmürəm.
Demokrat.az xəbər verir ki, bu sözləri Pərviz Usta Elnur Əsədovun podkastında söyləyib. O deyib ki, 2007-ci ilin İnfiniti FX35 avtomobilini almağı heç kimə tövsiyə etmir. Pərviz ustanın sözlərinə görə, bu avtomobil həm texniki, həm də iqtisadi cəhətdən sahibini peşman edə bilər. 20 illik iş təcrübəsinə söykənərək danışan usta bildirib ki, həmin maşının təmiri üçün çəkilən xərclər qısa müddətdə onun satış qiymətini üstələyir.
"Məsləhət görmürəm. Elnur bəy, bir 20 il təcrübəsi olan bir usta kimi, bütün günü bütün marka avtomobillərə xidmət göstərən bir usta kimi, yəni mənim "yox" sözüm sizi qane etmirmi? Qardaş, al... nə deyim? Adam peşman olacaq. Sabah məni aldığına görə söyəcək. Sabah adam o avtomobili hər ustada 300-500 manat xərcləyəndə, gəlib avtomobilinin üzərinə qoyduğu pul gəlib avtomobilin məbləğini keçəndə məni söyəcək. Niyə məsləhət verim? 100-ə 25 litr benzin işlədir, qardaş, ona görə deyim al?"İsmayıl
Demokrat.az Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.