EN

Kənd sakinindən Paşinyana sual: “Xoruz toyuğu qovarkən nə düşünür?”

Ayna saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Kənd sakininə cümləsini bitirməyə icazə verilməyib: Baş nazir gülməyə davam edib

“Xoruz toyuğu qovarkən nə düşünür?”. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu sualı kənd sakinlərindən biri Ermənistanın Baş naziri Nikol Paşinyana Araqatsotn bölgəsindəki kəndlərə səfəri zamanı verib.

"Bilmirəm, amma ədəbsiz bir şey deməyin", - deyə Paşinyan gülümsəyərək cavab verib.

Baş naziri müşayiət edənlər kənd sakinini susdurmağa çalışıblar və ondan məsələyə "çox dərindən getməməsini" xahiş ediblər. Lakin kənd sakini sözünə davam edib: "Bir dəqiqə gözləyin, xoruz dedi ki... Bizim vəziyyətimizdə Avropa standartlarına çatmışıq-çatmamışıq?”.

Kənd sakininə cümləsini bitirməyə icazə verilməyib və Paşinyan gülməyə davam edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
58
ayna.az

1Sources