ain.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov, Rusiya hökumətində mümkün kadr dəyişiklikləri və ya istefalar barədə yayılan iddialara inanmamağa çağırıb.
Ölkə.Az TASS-a istinadən xəbər verir ki, Kreml rəsmisi bu növ məlumatları teleqram kanallarının "ənənəvi əyləncəsi" adlandırıb.
"Bu, teleqram kanallarının ənənəvi əyləncəsidir. İnanmayın!" — deyə Kreml nümayəndəsi jurnalist Aleksandr Yunaşevin iqtisadi məsələlərə dair müşavirədən sonra yaranan şayiələri şərh etmək xahişinə cavab verərkən bildirib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.