EN

Azərbaycanda süni intellekt ekosistemini inkişaf etdirmək üçün təhsil, startap və dövlət dəstəyi bir birinə bağlıdır ŞƏRH

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 23 aprel, AZƏRTAC

Azərbaycanda süni intellekt ekosistemini inkişaf etdirmək üçün təhsil, startaplar və dövlət dəstəyi zəncirvari şəkildə bir-birinə bağlıdır.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının (AİKTSA) İdarə Heyətinin sədri, ekspert Elvin Abbasov AZƏRTAC-a açıqlaması zamanı bildirib ki, təhsil sahəsində kadr potensialının gücləndirilməsi təməl addımdır, çünki texnologiyanı yaradan və idarə edən mütəxəssis bazası olmadan davamlı inkişaf mümkün deyil.

“Bununla yanaşı, dövlətin tənzimləyici rolu, yəni qanunvericilik bazasının təkmilləşdirilməsi və məlumatların startaplar üçün əlçatanlığı rəqabətədavamlı yerli məhsulların ortaya çıxmasına şərait yaradacaqdır. Bu üç sahənin koordinasiyalı inkişafı ölkənin rəqəmsal transformasiya hədəflərinə daha sürətlə çatmasını təmin edə bilər”, - deyə E.Abbasov qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
40
1
azertag.az

2Sources