EN

“Sabah” ölkə kubokunda 20-ci ev qoluna imza atdı

“Sabah” Bizon ölkə kubokunda 20-ci ev qoluna imza atıb.

"Football-plus.az" xəbər verir ki, bu topu Velko Simiç vurub. O, yarımfinalın “Qarabağ”la cavab görüşündə (2:1) hesabı bərabərləşdirib. Masazır təmsilçisi ölkə kuboku tarixinə evdə 20 və daha çox qol vuran 30-cu komanda kimi düşüb. 13-cü ev görüşünə çıxan “Sabah” qol sayını 21-ə çatdırıb. Orta məhsuldarlıq 1,62-yə bərabərdi.

Qeyd edək ki, evdə ən çox qol vuran komanda “Qarabağ”dı. Ağdam təmsilçisi 193 dəfə fərqlənib.

Chosen
82
13
football-plus.az

10Sources