Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin formasını geyindiyi "Kolambus Kryu" MLS-də növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, sözügedən komanda 9-cu tur çərçivəsində “Los Anceles Qalaksi”ni qonaq edib.
Görüş meydan sahiblərinin 2:1 hesablı qalibiyyəti ilə başa çatıb. Nəriman komandasının qələbəsində iştirak etməyib. O, meydana çıxmayaraq sona qədər ehtiyatda qalıb.
“Kolumbus Kryu” Şərq Konfransında 9 turdan sonra 9xalla 9-cu sıradadır.