EN

İranlı vitse spiker: Tehran Hörmüz boğazından keçən gəmilərin rüsumlarından ilk dəfə qazanc əldə edib

Apa.az saytından alınan məlumata görə, ain.az bildirir.

İran Hörmüz boğazından keçən gəmilərin rüsumlarından ilk dəfə qazanc əldə edib.

“Fars”ın xəbərinə görə, bunu İran parlamentinin vitse-spikeri Haci Babayi deyib.

Onun sözlərinə görə, Hörmüz boğazından keçən gəmilərin rüsumlarından əldə edilən gəlir ilk dəfə olaraq İran Mərkəzi Bankına köçürülüb.

Qeyd edək ki, İran hazırda ABŞ-ın blokadasının atəşkəsi pozduğunu əsas gətirərək, Hörmüz boğazını tamamilə bağlayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
29
4
apa.az

5Sources