EN

Binədə 2 avtomobil TOQQUŞDU: Xəsarət alan var - FOTO - VİDEO

Bakının Xəzər rayonunun Binə qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, bununla bağlı videogörüntü yayımlanıb.

Qeyd olunub ki, hadisə "Fiat" və VAZ markalı avtomobillərin toqquşması nəticəsində qeydə alınıb.

Məsələ ilə bağlı oxu.az-a açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi, polis mayoru Toğrul Nəsirli bildirib ki, sözügedən yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

"Hadisə ötən gün saat 21:00-da Xəzər rayonunun Binə qəsəbəsində "Sovxoz" deyilən ərazidə qeydə alınıb.

Tural Faiq oğlu Rəfiyevin idarə etdiyi VAZ-2115 markalı, 99-KJ-915 dövlət nömrə nişanlı avtomobil Cavid Ələsgər oğlu Əmirovun idarə etdiyi "Fiat Doblo" markalı, 54-BK-150 dövlət nömrə nişanlı maşınla toqquşub.

Nəticədə T.Rəfiyev xəsarət alıb, nəqliyyat vasitələrinə maddi ziyan dəyib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır", - deyə T.Nəsirli vurğulayıb.



Bizim.Media

Chosen
89
bizim.media

1Sources