EN

Rusiya Dnepr şəhərini bombaladı Ölənləri və yaralananlar var

ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Dünən gecə Rusiya hərbçilərinin Dnepr şəhərinə endirdiyi zərbə nəticəsində həlak olanların sayı üç nəfərə çatıb. 

“AzPolitika” yerli mətbuata istinadla xəbər verir ki, bubarədə şəhər meri Boris Filato vməlumat verib.

Daha əvvəl Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Qanja iki nəfərin öldüyü və on nəfərin yaralandığı barədə məlumat vermişdi. Məmurun sözlərinə görə, yaralılardan dördü orta-ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Xəstəxanaya çatdırılanlar arasında iki uşaq – 9 və 14 yaşlı qızlar da var. Yerli hakimiyyət orqanları daha əvvəl bildirmişdilər ki, zərbə nəticəsində yaşayış binasının yuxarı mərtəbələri zərər görüb və yanğın başlayıb.

Rusiya hərbçiləri həmçinin Jitomir vilayətinin mülki nəqliyyat infrastrukturuna pilotsuz uçuş aparatları (PUA) ilə hücum ediblər. Vilayət hərbi administrasiyasının rəhbəri Vitali Buneçkonun sözlərinə görə, hücum nəticəsində bir qadın həlak olub. Ötən gecə ərzində Rusiya ordusu Ukraynaya ümumilikdə 155 zərbə pilotsuz aparatı ilə hücum edib. Onlardan 139-u hava hücumundan müdafiə (HHM) qüvvələri tərəfindən məhv edilib.

Rusiya Müdafiə Nazirliyi bu atəşlərlə bağlı şərh verməyib. Ukrayna hakimiyyəti və beynəlxalq təşkilatlar mülki infrastruktura və dinc əhaliyə qarşı endirilən zərbələri Rusiyanın hərbi cinayətləri kimi tövsif edir.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
69
azpolitika.info

1Sources