EN

Danimarkada iki qatarın toqquşması nəticəsində 17 nəfər yaralanıb

Danimarkada iki qatarın toqquşması nəticəsində 17 nəfər yaralanıb

Danimarkanın şimalındakı Şimali Zelandiya əyalətinin Kagerup şəhəri yaxınlığında, Qribskov xəttində iki sərnişin qatarının toqquşması nəticəsində 17 nəfərin xəsarət aldığı bildirilir.

AFN.az xəbər verir ki, Təcili Müdaxilə Bölməsinin baş həkimi Anders Damm Hejmdal yerli mətbuata verdiyi açıqlamada hadisənin səhər saatlarında baş verdiyini və qəzanın kifayət qədər ciddi olduğunu vurğulayıb. Hadisə yerinə çox sayda təcili tibbi yardım briqadasının cəlb edildiyini qeyd edən baş həkim yaralılardan 5-nin vəziyyətinin ağır olduğunu diqqətə çatdırıb.

Yerli KİV-lərin yaydığı məlumata görə, qəza zamanı hər iki qatarda ümumilikdə 38 sərnişin olub. Hazırda hüquq-mühafizə orqanları və ekspert qrupları hadisə yerində araşdırmalarını davam etdirir.

Chosen
102
13
afn.az

10Sources