AZ

Qəzza zolağında ölənlərin sayı 72 min 594-ə çatıb

Qəzza
İsrail ordusunun Qəzza ərazisinə 2023-cü ilin oktyabrından bu yana həyata keçirdiyi hücumlar nəticəsində həlak olanların sayı 72 min 594-ə yüksəlib. 1news.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Qəzzadakı Səhiyyə Nazirliyi açıqlama yayıb.
Məlumata görə, atəşkəs rejiminə baxmayaraq, hücumlar davam edir. Son 24 saat ərzində bölgədəki xəstəxanalara 1 nəfərin meyiti və 5 yaralı gətirilib. Bildirilib ki, 2025-ci il 10 oktyabr tarixində qüvvəyə minmiş atəşkəsdən sonra İsrailin hücumları nəticəsində 818 nəfər həyatını itirib, 2 min 301 nəfər yaralanıb. Həmçinin dağıntılar altından 762 nəfərin meyiti çıxarılıb. Ümumilikdə, 2023-cü ilin oktyabrından indiyədək həyata keçirilən hücumlar nəticəsində yaralananların sayı 172 min 404 nəfərə çatıb. Qeyd olunur ki, Qəzza zolağında dağıntılar altında hələ də minlərlə insanın cəsədinin qaldığı ehtimal edilir.
Seçilən
12
1
1news.az

10Mənbələr