EN

Səfərbərlik xidmətinin rayon şöbələrində ƏMƏLİYYAT - Saxlanılanlar var - YENİLƏNİB

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl, Ağdaş, Bakının Qaradağ rayon şöbələrində əməliyyatlar keçirilib.

Moderator.az "Report"a istinadən xəbər verir ki, əməliyyatlar nəticəsində şöbələrin vəzifəli şəxsləri saxlanılaraq Bakıya gətiriliblər.

Onlar barəsində yaxın günlərdə qətimkan tədbiri seçilməsi gözlənilir.

15:34
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı, Cəbrayıl və Qaradağ rayon Şöbələrində əməliyyat keçirilib.
 
Moderator.az xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində iki nəfər vəzifəli şəxs saxlanılıb.
 
Onlar rüşvət almaqda ittiham olunur.
 
Məlumata görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin digər rayonlarında əməliyyat keçirilir.
 
Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a faktı təsdiqləyiblər. 
 
Bildirilib ki, bu barədə əlavə məlumat veriləcək. 
 
Chosen
28
6
moderator.az

10Sources