EN

Azərbaycanı Avropa Kubokunda 39 cüdoçu təmsil edəcək

Azərbaycanı Almaniyanın paytaxtı Berlində yeniyetmələr arasında keçiriləcək Avropa Kubokunda təmsil edəcək cüdoçular müəyyənləşib.

"Cebheinfo.az" Azərbaycan Cüdo Federasiyasına (ACF) istinadən xəbər verir ki, Avropa Cüdo Birliyinin (EJF) təşkilatçılığı ilə reallaşacaq yarışda ölkəmiz 16 çəki dərəcəsində 39 cüdoçu (20 oğlan, 19 qız) ilə təmsil olunacaq.

Yeniyetmə oğlanlardan ibarət yığmaya baş məşqçi Emin İskəndərov, məşqçi Nicat Şıxəlizadə, qızlardan ibarət komandaya isə baş məşqçi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik edəcək.

Yarışın ədalət təmsilçiləri arasında ACF-nin hakimlər heyətinin üzvləri, B kateqoriyalı beynəlxalq dərəcəli hakimlər Mehman İmamquliyev və Pərviz Hüseynov da yer alacaq.

Oğlanlar

Qızlar

Qeyd edək ki, aprelin 25-26-da təşkil olunacaq turnirdə ümumilikdə 36 ölkədən 774 idmançı (472 oğlan, 302 qız) mübarizə aparacaq.

"Cebheinfo.az"

Chosen
83
3
cebheinfo.az

10Sources