EN

"Bo qolun niyə ləğv edildiyinin izahını istəyirəm" - Hans-Diter Flik

İspaniya La Liqasının 33-cü turunda "Selta"nı 1:0 hesabı ilə məğlub edən "Barselona"nın baş məşqçisi Hans-Diter Flik sözügedən matçın baş hakimi Xose Munuera Monteronun qərarı ilə razılaşmadığını bildirib.

Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, alman mütəxəssis "blauqrana"nın forvardı Ferran Torresin 55-ci dəqiqədə vurduğu qolun ləğv edilməsinə qarşı çıxıb:

"Ferranın rəqib qapısına qaydalar çərçivəsində yol tapdığını düşünürəm. Bu qolun niyə ləğv edildiyinin izahını istəyirəm. Ofsayd harda idi? Mən də sizin gördüyünüz fotoya baxmışam. 

Adətən oyuna nəzarət bizdə olur. Bu matçda isə "Selta" yüksək pressinqlə təzyiq edirdi. Epizod yaratmaq və qol vurmaq asan deyildi. Bir neçə dəfə topu sadə vəziyyətdə itirdiyimizi də deməliyəm".

32 oyuna 82 xal toplayan "Barselona" La Liqanın turnir cədvəlinin 1-ci pilləsində mövqe tutub. 44 xala malik "Selta" 7-ci sıradadır.

Toğrul

Chosen
53
38
fanat.az

10Sources