ain.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
“Barselona”nın baş məşqçisi Hans Diter-Flik La Liqanın 34-cü turunda “Real Madrid”in “Espanyol”la oyununu izləməyəcəyini bildirib.
Moderator.az xəbər verir ki, onun sözlərini “Marca” nəşri yayıb .
“Bu matçı izləməyəcəyəm. Bu kimi şeylər məni narahat etmir. Əsas olan bu gün qalib gəlmək idi, sabah nə olacağı yox. Əsas olan işimi görmək idi”.
Flikdən matçı izləmək əvəzinə nə edəcəyi soruşulduqda, zarafatla cavab verdi ki, yəqin ki, həyat yoldaşı ilə birlikdə ispan illüzionisti Maqo Popanın çıxışını izləməyə gedəcək.
“Bilmirəm. Bəlkə həyat yoldaşımla birlikdə Maqo Popun çıxışını izləməyə getdim”.
“Kral klubu” “Espanyol”la bu gün, Bakı vaxtı ilə saat 23:00-da qarşılaşacaq. Bu matç La Liqa çempionunun müəyyənləşdirilməsində çox vacibdir, çünki “Real” bu oyunda uduzsa, katalonlar avtomatik olaraq Primeranın çempionu olacaqlar.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.