EN

Milli Depozit Mərkəzi ASAN Pay platformasında hüquqi şəxslər üçün yeni imkanları tam aktivləşdirib

ain.az, Marja.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Respublikası Milli Depozit Mərkəzi (MDM) ASAN Pay elektron ödəniş platformasında emitentlər üçün nəzərdə tutulmuş yeni funksiyanı aktivləşdirmişdir.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bundan sonra emitentlər öz VÖEN (Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi) məlumatları vasitəsilə platformaya onlayn daxil olaraq ödəniş əməliyyatlarını rahatlıqla həyata keçirə bilərlər.

Artıq emitentlər sayta daxil olub “Elektron xidmətlər” bölməsinə keçid edərək təqdim olunan bütün xidmətlər üzrə ödənişləri sürətli, təhlükəsiz və rahat şəkildə icra edə biləcəklər.

Yenilənmiş sistem istifadəçilərə vaxt itkisini minimuma endirməyə, ödəniş proseslərini daha şəffaf və əlçatan etməyə imkan yaradır.

Azərbaycan Respublikası  Milli Depozit Mərkəzi tərəfindən rəqəmsal infrastrukturun inkişafı istiqamətində əməkdaşlıq çərçivəsində bu yeniliyin tətbiqi xüsusilə mühüm əhəmiyyət daşıyır. Emitentlər artıq ASAN Pay üzərindən dövlət qeydiyyatı, depozitar xidmətləri və digər elektron xidmətlər üzrə ödənişlərini fasiləsiz yerinə yetirə bilərlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
66
4
marja.az

5Sources