ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Vaşinqton, 23 aprel, AZƏRTAC
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp Hərbi Dəniz Qüvvələrinə Hörmüz boğazına mina yerləşdirən istənilən kiçik qayığı məhv etmək əmrini verib.
AZƏRTAC xəbər verir ki, Donald Tramp bu barədə “Truth” sosial media hesabında yazıb.
O bildirib ki, İranın gəmilərinin 159-u hazırda dənizin dibindədir.
“Tərəddüd etməyə dəyməz. Mina təmizləyicilərimiz hazırda boğazı təmizləyirlər. Bu fəaliyyətin davam etməsini və üçqat artırılmasını əmr edirəm”,- deyə Tramp vurğulayıb.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.