EN

Qırğızıstan Azərbaycandan keçən nəqliyyat dəhlizinə qoşulur

Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu Çin-Mərkəzi Asiya-Qafqaz-Avropa beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsinə çevriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu Qırğızıstanın nəqliyyat naziri Talantbek Soltobayev deyib.

Nazir Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında səmərəli nəqliyyat dəhlizlərinin yaradılmasının prioritet olduğunu bildirib. Xüsusilə o, viza prosedurlarının sadələşdirilməsinə, sərhəd keçidlərinin sürətləndirilməsinə və yüklərin maneəsiz tranzitinin təmin edilməsinə diqqət çəkib.

Qırğızıstanın nəqliyyat naziri vurğulayıb ki, vahid nəqliyyat sisteminin yaradılması bütün nəqliyyat növlərinin əlaqələndirilməsini, multimodal daşımaların inkişaf etdirilməsini və vahid tarif və qaydaların tətbiqini tələb edir.

Soltobayev Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsini ayrıca qeyd edib. Onun sözlərinə görə, bu layihə Çin-Mərkəzi Asiya-Qafqaz-Avropa beynəlxalq dəhlizinin bir hissəsinə çevriləcək.

Qırğızıstan yol nəqliyyatı üçün elektron sənəd idarəçiliyinə keçdiyini açıqlayıb. Elektron icazə sistemi artıq Özbəkistan, Azərbaycan və Türkiyə ilə tətbiq olunub və Qazaxıstanın inteqrasiyası üçün işlər görülür.

Chosen
16
4
bakivaxti.az

5Sources