EN

İran ABŞ danışıqları üçün İslamabada səfər son anda ləğv edilib KİV

ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.

İran rəhbərliyi daxilində yaranan fikir ayrılıqları ABŞ ilə danışıqlar aparmaq üçün İslamabada planlaşdırılan səfərin ləğvinə səbəb olub.

Redaktor.az xəbər verir ki, “Iran International”ın məlumat yayıb.

Bildirilib ki, Prezident Məsud Pezeşkianın müttəfiqləri ilə Ali Liderin ofisinə yaxın çevrələr arasında yaranan gərginlik nəticəsində danışıqlar qrupunun səfəri son anda dayandırılıb.

Məlumata görə, nümayəndə heyəti yola düşməyə hazır olduğu vaxt Ali Liderə yaxın dairələrdən göndərilən mesajda nüvə məsələlərinin müzakirəsinin qadağan edildiyi bildirilib. Həmçinin Xarici İşlər Nazirliyinin əvvəlki danışıqlardakı fəaliyyəti də tənqid olunub.

Qeyd olunub ki, bu səbəbdən planlaşdırılan görüş baş tutmayıb və diplomatik proses dayandırılıb.

Aminə ŞAHSUVARQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
39
50
redaktor.az

10Sources