EN

20-cini vurdu, 30-cu oldu

style='margin-bottom:10px;'>

“Sabah” Azərbaycan kubokunda 20-ci ev qoluna imza atıb. 

QOL.az xəbər verir ki, sözügedən qolun müəllifi Velko Simiç olub. O, 1/2 finalın “Qarabağ”la cavab görüşündə (2:1) hesabı bərabərləşdirib.

Bakı klubu ölkə kuboku tarixinə evdə 20 və daha çox qol vuran 30-cu komanda kimi düşüb. 13-cü ev görüşünə çıxan “Sabah” qol sayını 21-ə çatdırıb. Orta məhsuldarlıq 1,62-yə bərabərdir.

Qeyd edək ki, evdə ən çox qola imza atan komanda “Qarabağ”dır. Ağdam təmsilçisi 193 dəfə fərqlənib.

Chosen
65
13
teleqraf.com

10Sources