SOCIS sorğusu Ukrayna seçicilərinin üstünlük verdiyi əsas fiqurları açıqlayıb...
Poliqon xəbər verir ki, Volodimir Zelenski Ukraynada prezident postuna mümkün namizədlər arasında keçirilən son ictimai rəy sorğusunda ilk yeri tutub. SOCIS araşdırmasının nəticələrinə əsasən, qərarını vermiş respondentlər arasında Zelenskiyə dəstək 29,3 faiz təşkil edib.
Sorğuda ikinci pillədə Valeri Zalujnı qərarlaşıb. Ona respondentlərin 25 faizi dəstək verib. Üçüncü yerdə isə Kirilo Budanov yer alıb. Budanovun göstəricisi 13,7 faiz olub.
Mütəxəssislərin fikrincə, sorğu nəticələri Ukrayna cəmiyyətində həm siyasi, həm də hərbi sahədə tanınmış şəxslərə yüksək marağın davam etdiyini göstərir. Xüsusilə davam edən təhlükəsizlik şəraiti fonunda seçicilərin güclü liderlik və idarəçilik amilinə üstünlük verməsi diqqət çəkir.
Analitiklər hesab edirlər ki, seçki prosesi rəsmən elan olunacağı təqdirdə namizədlər sırası genişlənə bilər və ictimai rəy göstəricilərində dəyişikliklər yaşana bilər. Bununla belə, hazırkı nəticələr Zelenskinin əsas favorit olaraq qaldığını ortaya qoyur.
Poliqon.info