EN

Aİ Timatiyə qarşı sanksiyalar tətbiq etdi


Avropa İttifaqı Rusiya əleyhinə sanksiyaların 20-ci paketinin bir hissəsi olaraq, Timati adı ilə tanınan rusiyalı müğənni Timur Yunusova məhdudiyyətlər tətbiq edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Aİ Şurasının Aİ-nin Rəsmi Jurnalında dərc olunmuş bəyanatında bildirilib.
Aİ sanksiyaların tətbiq edilməsinin səbəbləri kimi müğənninin Rusiya- Ukrayna müharibəsini və 2014-cü ildə Krımın Rusiyaya yenidən birləşdirilməsini dəstəkləməsini, eləcə də Rusiya Prezidenti Vladimir Putinin seçki kampaniyasında iştirakını göstərib.
Qeyd edək ki, 2025-ci ilin sentyabrında Ukrayna Təhlükəsizlik Xidməti Timatini axtarışa verib. Ötən il iyunun 13-də UTX həmçinin reperi Kiyevin nəzarətində olmayan ərazilərə giriş qaydalarını pozmaqda qiyabi ittiham edib.
Chosen
65
yeniavaz.com

1Sources