EN

Azərbaycanda cinayət işlərinin məhkəmə aidiyyəti ilə bağlı dəyişiklik gözlənilir

Bakı. Trend:

Cinayət-Prosessual Məcəllənin cinayət işinin ərazi üzrə məhkəməaidiyyətinə dair müddəalarında dəyişiklik ediləcək.

Trend-in əldəetdiyi məlumata görə, Konstitusiya Məhkəməsi bununla bağlı MilliMəclisə müvafiq tövsiyələr verib.

Cinayət-Prosessual Məcəlləyə əsasən, cinayət işinə və digərmateriala cinayətin törədildiyi yerin yurisdiksıyasına aidolan birinci instansiya məhkəməsində baxılır.

Xaricdə törədilməsi ehtimal olunan cinayət üzrə iştəqsirləndirilən şəxsin Azərbaycanda axırıncı yaşayışyeri üzrə fəaliyyət göstərən məhkəməyə aiddir.

Baş prokuror və ya onun müavini xarici dövlətlərinməhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınmasıbarədə təqdimatı, barəsində hökmün və ya digər yekun qərarınçıxarıldığı şəxsin sonuncu yaşayış yeri üzrə, buməlum olmadıqda isə hökmün və qərarın tanınmasının hüquq vəmənafelərinə təsir göstərə biləcəyi digər maraqlı şəxslərinsonuncu yaşayış yeri üzrə, hökmün və ya digəryekun qərarın icrası əmlakla bağlı olduqda isə həmin əmlakınyerləşdiyi yer üzrə apellyasiya instansiyası məhkəməsinə verir.

Yeni qərara görə isə, yuxarıda nəzərdə tutulan“axırıncı yaşayış yeri” və “sonuncu yaşayış yeri” anlayışları,həmçinin “cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan”ifadəsinin “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunununtələblərinə uyğunlaşdırılması məqsədilə həmin maddələrdə müvafiqdəyişikliklərin edilməsi Konstitusiya Məhkəməsi tərəfindən MilliMəclisə tövsiyə edilib.

Chosen
31
10
az.trend.az

2Sources