EN

Sabah Bakı Bulvarında Caz və Şərab Festivalı başlayır

Dənizkənarı Milli Parkda aprelin 24-dən mayın 3-dək ilk dəfə Caz və Şərab festivalı keçiriləcək.

Publika.az xəbər verir ki, festivalla əlaqədar jurnalistlər tədbirin keçiriləcəyi məkanla tanış olublar.

Dənizkənarı Bulvar İdarəsinin mətbuat katibi Əfsanə Mehdiyeva agentliyə açıqlamasında bildirib ki, qısa fasilədən sonra Bakı bulvarı yenidən maraqlı və zövqlü bir layihəyə ev sahibliyi edir. “Fərqli konsepsiyada təqdim olunan Caz və Şərab festivalı nəfis caz musiqisi ilə qastronomiyanı bir araya gətirir. Düz 10 gün Dənizkənarı Milli Park ərazisində açıq səma altında keçiriləcək festival ziyarətçilərə zəngin proqram təqdim edəcək. Tədbir çərçivəsində yüksəksəviyyəli caz ifaları, zərif qastronomik təcrübələr və seçilmiş şərab nümunələri bir məkanda təqdim olunacaq”,- deyə Əfsanə Mehdiyeva əlavə edib.

Chosen
34
2
publika.az

10Sources