EN

Laçında kanat yolunun tikintisi sürətlə davam edirVİDEO

Kanat avadanlıqları quraşırılır...Xüsusi texnikalar vasitəsilə kanat yolu layihələndirilir...Canlı işçi qüvvəsi ilə ərazidə tikinti işləri aparılır...

Xezerxeber.az xəbər verir ki, işğaldan azad olunduqdan sonra qısa zamanda bərpa edilən Laçında  mühüm sosial-infrastruktur layihələri həyata keçirilir. Ötən il Prezident İlham Əliyevin təməlini qoyduğu yeni Laçın kanat yolu layihəsi üzrə də  işlər sürətlə davam etdirilir. 

Həkəri çayından Heydər Əliyev prospekti istiqamətində fəaliyyət göstərəcək kanat yolu saatda 800 sərnişinə xidmət edə biləcək və iki hissədən ibarət olacaq.  Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki,  kanat yolunun inşası məqsədilə ərazidə yaşıllıqların köçürülməsi, kanat yolunun dayaqlarının və terminal sahələrinin bünövrə işlərinin aparılması, eləcə də zəruri avadanlıqların çatdırılması istiqamətində intensiv işlər həyata keçirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
45
xezerxeber.az

1Sources