EN

​“Barselona”dan iki böyük transfer

“Barselona” yay transfer pəncərəsində heyətini gücləndirmək üçün “Atletiko Madrid”in futbolçusu Hulian Alvaresi və “İnter”i oyunçusu Alessandro Bastonini əsas hədəflər kimi müəyyənləşdirib. Metbuat.az xəbər verir ki, klubun ümumi transfer büdcəsinin təxminən 130 milyon avro olacağı irəli sürülür. Hulian Alvares üçün tələb olunan məbləğin 100 milyon avrodan yuxarı olduğu bildirilir və bu səbəbdən onun transferi çətin görünür, çünki klubu onu satmağa meylli deyil. Alessandro Bastoninin transferinin isə təxminən 50-70 milyon avro aralığında qiymətləndirildiyi qeyd olunur. “İnter” uyğun təklif olacağı halda Bastoninin satışını nəzərdən keçirə bilər. Bu səbəbdən italiyalı müdafiəçinin transferi Alvaresə nisbətən daha real sayılır.

“Barselona” bu keçidləri reallaşdırmaq üçün heyətdən satışlar etməli və maaş büdcəsini azaltmalıdır. Klub eyni zamanda daha ucuz alternativ variantları da nəzərdən keçirir.

Chosen
45
35
metbuat.az

10Sources