EN

Arda Gülər və Eder Militao üçün mövsüm bitdi – ARENA.AZ

La Liqanın 33-cü turunun “Alaves”lə ev oyunu “Real”ın iki futbolçusu – Eder Militao və Arda Gülər üçün uğursuz yekunlaşıb.

Arena.az xəbər verir ki, Madrid təmsilçisi 2:1 hesablı qələbə qazandığı oyunda iki əsas futbolçusunu itirib.

Matçın ilk hissəsinin sonlarında zədə alan Militaoda sağ ayağın arxa bud əzələsinin zədəsi aşkarlanıb. Braziliyalı müdafiəçi cari mövsümdə artıq üçüncü dəfədir ki, zədə ilə üzləşir.

Arda Gülər də oxşar zədə səbəbindən qarşılaşmanın 58-ci dəqiqəsində meydanı tərk edib.

Klub artıq bu iki futbolçunun zədələndiyini rəsmən açıqlayıb. Onların mövsümün sonuna qədər “Real”a kömək edə bilməyəcəyi vurğulanır.

Xatırladaq ki, Arda cari mövsümdə meydana çıxdığı 50 oyunda 6 qol vurub, 14 məhsuldar ötürmə verib. Militao isə 21 oyunda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
15
10
arena.az

10Sources