Türkiyə Kubokunda yarımfinal mərhələsinin bütün iştirakçıları müəyyənləşib.
Redaktor.az xəbər verir ki, turun ikinci günündə diqqət çəkən qarşılaşmalardan biri Qara dəniz derbisi olub.
“Samsunspor” ilə “Trabzonspor” arasında keçirilən oyunun əsas və əlavə vaxtında hesab açılmayıb.
Qalib penaltilər seriyasında müəyyənləşib. Bu mərhələdə daha dəqiq oynayan “Trabzonspor” 3:1 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb.
Digər oyunda isə “Beşiktaş” doğma meydanda “Alanyaspor”u qəbul edib. Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. İstanbul təmsilçisinin qollarını El Bilal Ture, Hyon Gyu Oh və Orkun Kökçü vurublar.
Beləliklə, yarımfinal mərhələsində “Trabzonspor” “Gənclərbirliyi” ilə, “Beşiktaş” isə “Konyaspor”la qarşılaşacaq.