EN

Tramp İranla münaqişəyə son qoymaq üçün tələsmədiyini bildirib

Bak. Trend:

ABŞ prezidenti Donald Tramp İranla hərbi münaqişəyə təcili sonqoymaq üçün ehtiyac hiss etmədiyini bildirib.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti "X" sosialşəbəkəsində yazıb.

Onun sözlərinə görə, onun müharibəni guya mümkün qədər tezbitirməyə çalışdığı fikri həqiqətə uyğun deyil. Tramp təzyiqə boyunəyməyəcəyini və tələsmədən hərəkət etməyə hazır olduğunuvurğulayaraq, ABŞ-ın kifayət qədər vaxtı olduğunu, İranın isə xeyliaz vaxtının olduğunu qeyd edib.

O, həmçinin əlavə edib ki, mümkün razılaşma yalnız ABŞ,müttəfiqləri və bütövlükdə beynəlxalq ictimaiyyət üçün məqsədəuyğunvə faydalı olduğu sübut olunarsa əldə ediləcək.

Chosen
95
az.trend.az

1Sources