EN

Dünyanın ən zəngin ölkəsi açıqlandı

Dünyanın ən zəngin ölkələrinin yeni siyahısı açıqlanıb. Metbuat.az xəbər verir ki, “HelloSafe” tərəfindən hazırlanan 2026 rifah indeksində yalnız iqtisadi göstəricilər deyil, sosial ədalət və həyat keyfiyyəti də nəzərə alınıb. Yeni metodda BVF, Dünya Bankı və OECD məlumatları birləşdirilərək 100 ballıq sistem yaradılıb. Bu yanaşmaya görə, Norveç 77.65 bal toplayaraq dünyanın ən zəngin ölkəsi seçilib. İrlandiya ikinci yerdə qalıb, Lüksemburq isə üçüncü pilləyə geriləyib. İsveçrə və İslandiya da yüksək sosial rifah göstəriciləri ilə ilk beşliyi tamamlayıb.

Araşdırma göstərir ki, yalnız ÜDM göstəriciləri ölkənin real zənginliyini tam əks etdirmir. ABŞ yüksək iqtisadi gücünə baxmayaraq sosial bərabərsizlik səbəbilə yalnız 17-ci yerdə qərarlaşıb. Eyni səbəbdən Fransa 20-ci, Almaniya isə 12-ci sırada yer alıb.

Chosen
74
metbuat.az

1Sources