ain.az, 525.az saytına istinadən bildirir.
Yaponiyanın şimal-şərqində mindən çox insan ev-eşiyini tərk etmək məcburiyyətində qalıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb İvate əyalətindəki yanğınlardı.
Oçuçi və Kirikiri rayonlarında başlayan yanğınlar qısa zamanda bir neçə evi və təsərrüfatı ağuşuna alıb. Alov o qədər güclü olub ki, onun söndürülməsinə hərbçilər də cəlb edilib. 566 təsərrüfat, ümumilikdə 1077 sakin təxliyə olunub və xüsusi sığınacaqlara yerləşdirilib.
Qeyd edək ki, isti hava və külək yanğının söndürülməsinə mane olur. Meteoroloqların proqnozuna görə, qarşıdakı günlərdə bu cür hava şəraiti davam edəcək.
L.Tağıyeva
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.