EN

Körpü açılış zamanı uçdu

525.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Kolumbiyada yeni salınmış körpü açılış mərasimi zamanı uçub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Baqado şəhərində baş verib.

Şəhərin mərkəzini San-Marino qəsəbəsi ilə birləşdirən 85 metrlik körpü yüklənmədən əvvəlcə silkələnməyə başlayıb. Daha sonra kanatların qırılması üzündən birtərəfli sallanıb.

Bu zaman körpü üzərində olan insanlar da suya sallanmış vəziyyətdə qalıblar. Ümumilikdə ölüm olmasa da, 8 nəfər xəsarət alıb.

Qeyd edək ki, qəza zamanı şəhər meri  Marinela Palomeke Serna da hadisə yerində olub. "Mühəndis deyiləm, tikinti materiallarından da anlayışım yoxdur. Amma tikinti zamanı keyfiyyətli materiallardan istifadə olunması barədə göstəriş verdiyim dəqiqdir" - deyə, Serna qəzaya münasibət bildirib.

L.Tağıyeva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
57
15
525.az

10Sources