AZ

Meksikada atışma: Kanadalı turist həyatını itirdi

Meksikadakı turistik Teotihuakan piramidalarında törədilən silahlı hücumda bir kanadalı turist həyatını itirib, hücumçu isə öz canına qəsd edib.

"Cebheinfo.az" xəbər verir ki, Meksika mətbuatının verdiyi məlumata görə, paytaxt Mexikodakı turistik və arxeoloji ərazi olan Teotihuakan piramidalarında bir nəfər ətrafa nizamsız atəş açıb.

Hücum nəticəsində bir kanadalı turist ölüb, 6 nəfər isə yaralanıb. Hadisədən sonra hücumçu həmin silahla intihar edib.

Meksika Prezidenti Klaudiya Şeynbaum hadisə ilə bağlı açıqlamasında həyatını itirən turistin ailəsinə başsağlığı verib:

"Təhlükəsizlik Kabinetinə hadisənin bütün tərəfləri ilə araşdırılması və lazım olan bütün dəstəyin təmin edilməsi barədə tapşırıq verdim. 

Daxili İşlər və Mədəniyyət nazirliklərinin qrupları yerli qurumlarla koordinasiyanı təmin etmək üçün bölgəyə göndərilib".Hücum anı sosial mediada paylaşılan görüntülərə də əks olunub.

Görüntülərdə hücumçunun Ay Piramidasının zirvəsində olduğu zaman silah səslərinin eşidildiyi, bir qadının "Polis çağırın" deyə bağırdığı və aralarında xarici turistlərin də olduğu ziyarətçilərin təşviş içində ərazidən uzaqlaşdığı görülüb.

Hadisədən sonra Milli Qvardiya və Meksika Ştat Polisi bölgədə genişmiqyaslı təhlükəsizlik tədbirləri görərək arxeoloji ərazini mühasirəyə alıb.

Seçilən
46
15
cebheinfo.az

10Mənbələr