EN

Hərbi təlimdə səhv baha başa gəli: 600 min avroluq hərbi texnika məhv oldu - Video

İspaniya ordusunun keçirdiyi hərbi təlim zamanı ciddi insident baş verib. Təlim çərçivəsində təyyarədən paraşütlə endirilən texnika qəza nəticəsində tamamilə sıradan çıxıb.

Musavat.com xəbər verir ki, hadisə texnikanın bərkidilməsində buraxılan səhv səbəbindən baş verib. Məlumata görə, zirehli maşın trosdan qoparaq təxminən 300 metr hündürlükdən yerə çırpılıb. 

Nəticədə URO VAMTAC markalı hərbi avtomobil ağır zədələnib və onun bərpasının mümkün olmadığı bildirilir. Qeyd olunur ki, bu tip texnikanın dəyəri təxminən 600 min avro civarındadır.

 

Musavat.com

Chosen
33
30
musavat.com

10Sources