525.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Hadisə dünən Moskvanın mərkəzi küçələrinin birində baş verib.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, polisin "saxla" əmrinə tabe olmayan naməlum şəxs idarə etdiyi "Haval" markalı avtomobillə ərazidən uzaqlaşmağa çalışıb.
Az sonra o, nəqliyyat vasitəsini aşırıb. Qəza zamanı sürücü ilə yanaşı 2 piyada qadın da xəsarət alıb. Qadınlar xəstəxanaya, sürücü isə polis bölməsinə aparılıb.
Qeyd edək ki, sonradan adı açıqlanmayan şəxsin saxta sənədlərlə avtomobili icarəyə götürdüyü məlum olub.
L.Tağıyeva
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.