EN

“Bavariya”nın finaldakı rəqibi müəyyənləşib - Almaniya Kuboku

Bakı. Trend:

Futbol üzrə Almaniya Kubokunda ikinci finalçı da bəlli olub.

Trend-inməlumatına görə, yarımfinalda "Frayburq"a 2:1 hesabı ilə qalibgələn "Ştutqart" həlledici görüşə vəsiqə qazanıb.

Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. 119-cu dəqiqədəvurulan qolla qələbə qazanan "Ştutqart" finalda "Bavariya"nınrəqibi olub.

Qeyd edək ki, Almaniya Kubokunda həlledici qarşılaşma mayın23-də keçiriləcək.

Məqalədə:
Chosen
64
3
az.trend.az

4Sources