Bakı. Trend:
Futbol üzrə Almaniya Kubokunda ikinci finalçı da bəlli olub.
Trend-inməlumatına görə, yarımfinalda "Frayburq"a 2:1 hesabı ilə qalibgələn "Ştutqart" həlledici görüşə vəsiqə qazanıb.
Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. 119-cu dəqiqədəvurulan qolla qələbə qazanan "Ştutqart" finalda "Bavariya"nınrəqibi olub.
Qeyd edək ki, Almaniya Kubokunda həlledici qarşılaşma mayın23-də keçiriləcək.