EN

Azərbaycan BMT-nin vasitəçilik üzrə konvensiyasına qoşulub - FOTO

Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında daimi nümayəndəsi, səfir Tofiq Musayev BMT-nin Hüquqi Məsələlər Ofisində olub.

Day.Az-ın məlumatına görə, bu barədə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi X sosial şəbəkəsində paylaşım edib.

Məlumata əsasən, Tofiq Musayev, Azərbaycan adından BMT-nin "Vasitəçilik yolu ilə əldə edilmiş mübahisələrin həlli ilə bağlı beynəlxalq müqavilələr haqqında Konvensiyası"nı imzalayıb.

Bildirilib ki, konvensiya 20 dekabr 2018-ci ildə Nyu-Yorkda qəbul edilib.

  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
Chosen
79
2
day.az

3Sources