EN

Trampdan bahalaşma anonsu: benzinə daha çox pul ödəyəcəyik

ABŞ prezidenti Donald Tramp ölkənin enerji bazarında mümkün bahalaşma ilə bağlı diqqətçəkən mesaj verilib.

Musavat.com xəbər verir ki, Tramp amerikalıların yaxın dövrdə benzin üçün daha çox pul ödəyə biləcəyini bildirib. Tramp İrana dair açıqlamalarında bu ehtimalı istisna etməyib. Onun sözlərinə görə, bölgədə gərginlik və enerji bazarındakı qeyri-sabitlik qiymətlərə təsir göstərə bilər.

ABŞ prezidenti eyni zamanda vurğulayıb ki, Vaşinqton İrana qarşı nüvə silahı istifadə etməyi planlaşdırmır və bu barədə yayılan iddialar “cəfəngiyatdır”. Bununla yanaşı, o qeyd edib ki, İranla danışıqlar davam edir və Tehran razılaşmaya meyllidir.

Tramp əlavə edib ki, ABŞ təzyiq altında deyil və zərurət yaranacağı halda münaqişəni hərbi yolla həll etməyə də hazırdır. Onun fikrincə, neftin qiymətinin bir barrel üçün 200 dollara qədər yüksəlməsi belə nüvə silahından istifadə ilə müqayisə oluna bilməz.

 

Musavat.com

Chosen
35
50
musavat.com

10Sources