Ukrayna Qafqaz ölkələrinə hava hücumundan müdafiə (HHM) və dronlardan qorunma sahəsində əməkdaşlıq təklif edib.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz "Telegram" kanalında yazıb.
"Ukrayna hazırda Yaxın Şərq və Fars körfəzi ölkələri ilə fəal şəkildə işləyir. Biz Qafqaz ölkələri ilə əməkdaşlığa hazırlaşırıq və digər tərəfdaşlarla danışıqlar aparırıq və mən vurğulamaq istəyirəm ki, Ukrayna yalnız dronlar deyil, tam müdafiə sistemi təklif edir", - o yazıb.
Zelenski bildirib ki, Ukrayna inteqrasiya olunmuş müdafiə əməkdaşlığı sistemi qurmağı təklif edir:
"Məsələn, ərəb dövlətlərinin güclü raket hücumundan müdafiəsi var, biz isə onlara (PUA-lardan - red.) "Shahed"lərdən və dənizdə müdafiə qurmağa kömək edirik. Sərhədləri, sahilləri, dənizi, infrastrukturu qorumaq üçün məhz belə bir inteqrasiya olunmuş müdafiəni Avropa üçün də yaratmaq lazımdır".