EN

Serbiya 2030-cu ildən sonra Azərbaycandan qaz idxalınının həcmini 1,4 milyard kubmetrə qədər artıra bilər - Nazir (ÖZƏL MÜSAHİBƏ)

Bakı. Trend:

Serbiya Azərbaycanla 2030-cu ildə Niş şəhərində qaz elektrikstansiyasının tikintisi başa çatdıqdan sonra illik 1,4 milyardkubmetrə qədər artırılması perspektivi ilə 0,9 milyard kubmetrəqədər çevik qaz tədarükü imkanını müzakirə edir.

Bunu Serbiyanın mədən sənayesi və energetika naziri xanımDubravka Djedoviç Handanoviç Trend-ə Bakıya son səfərinin yekunlarına dair verdiyiözəl müsahibədə bildirib.

“Bakıya səfər çərçivəsində Azərbaycan maliyyə, iqtisadiyyat vəenergetika nazirləri, eləcə də SOCAR dövlət neft şirkətininnümayəndələri ilə yüksəksəviyyəli görüşlər keçirdik. Bu səfərölkələrimiz arasında dostluq münasibətlərinin və stratejitərəfdaşlığın möhkəmləndirilməsinin davamı oldu. Danışıqlar zamanıqaz tədarükü sahəsində uzun illər davam edən uğurlu əməkdaşlıqmüzakirə edildi, xüsusilə də Serbiyada qaz elektrik stansiyasınıntikintisi layihəsinə diqqət yetirildi. Prezident İlham Əliyevfevralın 15-də Belqradda keçirilmiş Strateji Tərəfdaşlıq Şurasınınilk iclasında bu layihəni son illərdə Azərbaycanın Avropadakı ənböyük investisiyalarından biri kimi qiymətləndirmişdi.

Serbiya Prezidenti Aleksandar Vuçiçin qeyd etdiyi kimi, həminiclas iki ölkə münasibətlərində dönüş nöqtəsi olmuş və əməkdaşlığıyeni səviyyəyə qaldırmaq istiqamətində ümumi meylin olduğunutəsdiqləyib. Tərəflər intensiv dialoqu davam etdirmək və Serbiyaüçün prioritet layihələrdən biri olan qaz elektrik stansiyası üzrəkonkret işləri sürətləndirmək barədə razılığa gəliblər. Bulayihənin həyata keçirilməsi, xüsusilə elektrik enerjisinətələbatın artması, süni intellektdən istifadənin genişlənməsi vədata mərkəzlərinin inkişafı fonunda ölkənin enerji təhlükəsizliyinigücləndirəcək”, – deyə nazir bildirib.

Handanoviç qeyd edib ki, Serbiya hazırda enerji keçidimərhələsindədir və bu prosesdə bərpa olunan enerji mənbələrinəəsaslanan yeni güclərin inteqrasiyası ilə yanaşı, bazagenerasiyasının gücləndirilməsi də zəruridir.

“Buna görə qaz elektrik stansiyaları əsas stratejisənədlərimizdə mühüm element kimi müəyyən edilib. Biz anlayırıq ki,Azərbaycan elektrik enerjisinin əhəmiyyətli hissəsini qazstansiyalarında istehsal edir və bu təcrübəni Serbiyada layihəninhəyata keçirilməsi üçün, xüsusilə də SOCAR ilə əməkdaşlıqçərçivəsində, çox dəyərli hesab edirik. SOCAR layihədə yalnız qaztədarükçüsü kimi deyil, həm də generasiya güclərinin inkişafı üzrəstrateji tərəfdaş kimi iştirak edəcək”, – deyə o vurğulayıb.

Nazir əlavə edib ki, Bolqarıstanla qaz interkonnektorununtikintisi və istismara verilməsi sayəsində Serbiya TAP və TANAP qazkəmərlərinə qoşularaq Cənub Qaz Dəhlizinin bir hissəsinəçevrilib.

“Bu, bizə ilk dəfə olaraq qaz tədarükü mənbələrinişaxələndirməyə imkan yaradıb. Son üç il ərzində biz Azərbaycandansabit şəkildə qaz alırıq və Bakıda keçirilən Cənub Qaz DəhlizininMəşvərət Şurasının nazirlər səviyyəli iclaslarında, eləcə də digərenerji əməkdaşlığı formatlarında müntəzəm iştirak edirik.Əməkdaşlığın başlanmasından bəri qaz tədarükü iki dəfə artaraq ötənil gündə təxminən 2 milyon kubmetrə çatıb. SOCAR nümayəndələri iləaparılan danışıqlarda ildə 0,9 milyard kubmetrə qədər çevik qaztədarükü və 2030-cu ildə Nişdə qaz elektrik stansiyasının tikintisibaşa çatdıqdan sonra bu həcmin ildə 1,4 milyard kubmetrə qədərartırılması imkanları nəzərdən keçirilir. Bu stansiyanın fəaliyyətiüçün ildə təxminən 600 milyon kubmetr Azərbaycan qazına ehtiyacolacağı gözlənilir. Buna görə də SOCAR-ı Serbiyanın enerjitəhlükəsizliyinin təmin olunmasında uzunmüddətli tərəfdaş kimiqiymətləndiririk”,- deyə Handanoviç əlavə edib.

Nazir bildirib ki, Serbiya SOCAR-ı etibarlı qaz tədarükçüsü vəölkədə "Srbijagas" və "EPS" şirkətləri ilə birgə həyata keçiriləcəkqaz elektrik stansiyasının tikintisi və istismarı üzrə tərəfdaşkimi qiymətləndirir.

“Eyni zamanda, hər iki ölkənin və onların enerji şirkətlərininbərpa olunan enerji mənbələrinə əsaslanan yeni güclərin inkişafıistiqamətində niyyətlərinə uyğun olaraq enerji keçidi sahəsindətəcrübə mübadiləsi üçün də potensial mövcuddur”, – deyə obildirib.

Handanoviç xatırladıb ki, Belqradda keçirilən StratejiTərəfdaşlıq Şurasının ilk iclasında tərəflər Serbiyada buxar-qazelektrik stansiyasının işlənməsi, layihələndirilməsi, tikintisi vəistismarı üzrə saziş imzalayıblar.

“Həmçinin layihənin işlənməsi ilə məşğul olan birgə işçi qrupyaradılıb. Yaxın bir ay ərzində qaz elektrik stansiyasınıntikintisi ilə bağlı əsas müddəaları və kommersiya şərtlərini, eləcədə layihələndirmə və tikinti müddətlərini razılaşdırıbrəsmiləşdirməyi planlaşdırırıq”, – deyə o əlavə edib.

Nazir həmçinin qeyd edib ki, Serbiya Balkanlarda mərkəzimövqeyini və Cənub-Şərqi Avropanın daha geniş regionunda enerjitəhlükəsizliyinin təmin olunmasında əsas rol oynamaq potensialınınəzərə alaraq, dəyəri 1 milyard avrodan çox olan elektrik ötürücüinfrastrukturu üzrə genişmiqyaslı investisiya proqramı həyatakeçirir.

“Hazırda Serbiyanı Rumıniya, Bosniya və Herseqovina, Monteneqrovə İtaliya ilə birləşdirəcək Transbalkan dəhlizinin tikintisi davamedir. Bundan əlavə, Macarıstanla elektrik ötürmə xətlərininötürücülük qabiliyyətini iki dəfə artırmağa imkan verəcək Panondəhlizinin yaradılması planlaşdırılır. Planlaşdırılaninvestisiyalar həyata keçirildikdən sonra sərhədlərarası elektrikenerjisi mübadiləsi gücü 4 000 MVt-dan 6 000 MVt-a qədər artacaq.Azərbaycan nümayəndə heyəti ilə müzakirə olunan istiqamətlərdənbiri də xüsusilə də ölkənin artıq bu layihəyə cəlb olunmuşdövlətlərlə həmsərhəd olması nəzərə alınmaqla, Serbiyanın Xəzərregionu ilə Cənub-Şərqi Avropa arasında “Yaşıl enerji dəhlizi”layihəsində mümkün iştirakıdır,"-deyə nazir bildirib.

Son illərdə Avropa üzrə müşahidə olunan enerji şəbəkələrindəyüklənmələrin artması, xüsusilə bərpa olunan enerji mənbələrinəəsaslanan yeni güclərin inteqrasiyası şəraitində enerji sistemininsabitliyini təmin etmək üçün interkonnektorlara investisiyalarınartırılmasının və ötürmə gücünün gücləndirilməsinin vacibliyinigöstərir”, – deyə nazir vurğulayıb.

Handanoviç qeyd edib ki, Serbiya hazırda enerji keçidimərhələsindədir və bu prosesdə bərpa olunan enerji mənbələrinəəsaslanan yeni güclərin inteqrasiyası ilə yanaşı, bazagenerasiyasının gücləndirilməsi də zəruridir.

Nazir həmçinin qeyd edib ki, Serbiya Balkanlarda mərkəzimövqeyini və Cənub-Şərqi Avropanın daha geniş regionunda enerjitəhlükəsizliyinin təminində əsas rol oynamaq potensialını nəzərəalaraq, dəyəri 1 milyard avrodan çox olan elektrik ötürücüinfrastrukturu üzrə genişmiqyaslı investisiya proqramı həyatakeçirir.

Məqalədə:
Chosen
44
az.trend.az

1Sources