EN

Səudiyyə Ərəbistanı millisində yeni baş məşqçi

ain.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Səudiyyə Ərəbistanı millisində yeni baş məşqçi

Səudiyyə Ərəbistanı milli komandasının baş məşqçi vəzifəsinə Georgios Donis təyin olunub.

QOL.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Futbol Federasiyasının açıqlamasına görə, 56 yaşlı yunan mütəxəssislə 2027-ci ilin iyuluna qədər müqavilə imzalanıb.

Donis karyerası ərzində AEK Afina, PAOK və “Panatinaikos” kimi klubları çalışdırıb. O, həmçinin Səudiyyə Ərəbistanında “Əl-Hilal”, “Əl-Vəhda”, “Əl-Fateh” və “Əl-Xəlic” komandalarında da işləyib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı yığması 2026 FIFA Dünya çempionatında H qrupunda İspaniya, Kabo-Verde və Uruqvay milli komandaları ilə mübarizə aparacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
33
1
qol.az

2Sources